Animasiya kiçik uşağı və yaşlı insanı bir araya gətirə bilir

 

V ANİMAFİLM festivalı iqlim dəyişikliyinə həsr olunub

 

 

 

Xəbər verdiyimiz kimi, 7-11 sentyabr tarixində Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilir. Sentyabrın 7-də Nizami Kino Mərkəzində festivalın açılış mərasimi oldu.

Festivalın tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House” Assosiyası, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın deviziBir biletbir ağac”dır.

Açılış tədbirində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, xarici ölkələrdən qonaqlar kinosevərlər iştirak edirdi.

Tədbirdə əvvəlcə kamança ifaçısı, Əməkdar artist Toğrul Əsədullayevin ustad dərslərində iştirak edən istedadlı gənclərdən ibarət xalq çalğı alətləri ansamblının ifası təqdim olundu.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, Azərbaycan kinematoqrafiyası dünya kinematoqrafiyasının tərkib hissəsidir. Bu sahənin inkişaf etdirilməsi gələcək nəsillərə çatdırılması çox vacibdir: “Artıq ekran məzmunlu əsərlər ənənəvi kitablarla böyük rəqabət aparır demək olar ki, bu rəqabətdən qalib ayrılır. İnsanlar daha çox ekran qabağında vaxt keçirir. Bu zaman insan ekran əsərində gördüyü məzmunla bərabər olur, bir sıra fikirləri onun əsasında formalaşır. Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsinin digər özəlliyi ondan ibarətdir ki, o, ən kiçik uşağı ən yaşlı insanı bir araya gətirə bilir. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir...”.

Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyi olaraq məqsədimiz animasiyaya böyük yol açmaqdır: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kino Agentliyi yaradılır. Agentliyin əsas məqsədi kinematoqrafiya sahəsini sənayeləşdirməkdir. Bununla sözügedən sahə daha çox inkişaf edəcək. Mədəniyyət Nazirliyi tərəfindən keçən ilBöyük Qayıdışqısametrajlı bədii, sənədli animasiya film layihələri müsabiqəsi keçirildi. MüsabiqədəTarixQarabağ nağılıadlı iki animasiya ssenarisi qalib oldu. Həmin ssenarilər əsasında filmlərin istehsalı davam edir. Bu il yeni bir animasiya filminin istehsalına başlamışıq. Yəni Mədəniyyət Nazirliyi bu sahədə öz imkanları çərçivəsində vacib addımlar atır”.

Elnur Əliyev çıxışının sonunda festivalın işinə uğurlar arzuladı.

Sonra iqlim dəyişikliyi ilə bağlıKimsə bizdən soruşsun”, “Qorxu pəriləri”, “Donuz”, “Kəpənəyin qanadlarıanimasiya filmləri nümayiş olundu.

Qarabağ Dirçəliş Fondunun ictimaiyyətlə əlaqələr kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirdi ki, V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mövzusundan əlavə maraqlı anlamlı kampaniyası da var. Bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək: “Vəsait Qarabağ ərazisində ağac əkilməsinə istifadə olunacaq. Təbiətin dostu olan hər kəsi bilet alaraq bu mühüm təşəbbüsü dəstəkləməyə dəvət edirik. Əldə etdiyiniz hər bilet Qarabağı daha yaşıl bərpa etməyə imkan verəcək. Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik”.

Pərvin Məmmədova Qarabağ Dirçəliş Fondu ilk layihəsinin Qarabağımızda ekoloji tarazlığın bərpasına həsr olunduğunu dedi: “Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə bərabər çıxdığımız bu yolda layihələrimiz davam edir. Biz bu layihəyə Zəngilandan başlamışdıq. Zəngilanda artıq 30 min ağac əkilib. Qarabağımızın digər ərazilərində bu ənənə davam edəcək”.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi direktoru, “Azərbaycan Animasiya Assosiasiyasıİctimai Birliyinin sədri Rəşid Ağamalıyev layihənin art-direktoru Nəzrin Ağamalıyeva festival haqqında məlumat verdilər. Qeyd olundu ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar peşəkarlar olmaqlar üç əsas proqram təqdim edəcək.

Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. İştirakçılar bir yerli altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar. Azərbaycandan 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmləri beynəlxalq uşaq münsiflər heyəti izləyəcək. HəmçininTamaşaçı seçimimüsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. Digər kateqoriyalarda pul mükafatı, planşetlər keramik heykəlciklər təqdim ediləcək.

Nəzrin Ağamalıyeva 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun “Gender bərabərliyi”nə həsr olunacağını da diqqətə çatdırdı.

İsveçrə Əməkdaşlıq Təşkilatı Bakı ofisinin rəhbəri Alberto Hernandez “Val” animasiya filminin rejissoru Jonathan Laskar festival haqqında fikirlərini bölüşdülər.

Sonda “Val” filmi nümayiş olundu.

Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində rejissor Jonathan Laskarnın ustad dərsi təşkil olunacaq. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilly Vallace (İngiltərə) Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop montionŞüşə üzərində animasiyavorkşopları nəzərdə tutulub. Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması bərpasıadlı konfrans da festivalın əsas proqramına daxil edilən tədbirlərdəndir.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.1;2.