Mədəniyyət müəssisələrindən qısa xəbərlər

 

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə RMİ-nin təşəbbüsü və təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində rolumövzusunda tədbir keçirilib.

Dahi Azərbaycan şairinin 881 illiyinə həsr olunmuş tədbirdə icra başçısının müavini Adil Tağıyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, elm, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər ulu öndərin Nizami yurduna, eləcə də böyük şairin irsinə diqqət və qayğısından danışıblar. Şəhər Uşaq incəsənət məktəbi, şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

***

Ağdaş RMİ Göyçay rayon MKS-də “Gəlin, kitab oxuyaq!” adlı “açıq kitabxana” təşkil edilib. Oxuculara Azərbaycan, dünya ədəbiyyatı nümunələri təqdim olunub.

***

Sumqayıt RMİ Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə şagirdi Ülvi Ağamalızadə “Sehrli Aləm” Cəmiyyəti tərəfindən türkdilli ölkələr arasında keçirilən “Pöhrə – 2022” istedad müsabiqəsində baş mükafata layiq görülüb.

***

Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov idarənin tabeliyində olan Ağdam rayonunda fəaliyyət göstərən Güllücə, Qiyaslı, Əhmədağalı, Qaradağlı, Əfətli, Xındırıstan və Seyidli kənd uşaq musiqi məktəblərinin kollektivləri ilə görüş keçirib. Görüşdə musiqi məktəbində çalışan müəllimlərin təklif və şikayətləri dinlənilib, mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələr verilib.

***

Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhər Uşaq rəssamlıq məktəbi məzunlarının aliorta ixtisas təhsil müəssisələrinə daxil olması münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən idarə rəisi Şahin Şahbazov məktəbin respublika və beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlardan danışıb, məzunları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mədəniyyət Mərkəzində həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə ilə görüş keçirilib. Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edənlər yazıçının həyat və yaradıcılığı haqqında söhbət açıblar.

 

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.4.