Vətən oğullarının fədakarlığı
unudulmur
Quba rayonunun İkinci Nügədi kəndində Vətən müharibəsi şəhidi Eynulla Lətifovun xatirəsinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Eynulla Lətifov 2001-ci il sentyabrın 8-də İkinci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılıb, oktyabrın 19-da Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
***
Zaqatala rayonunun
Car kəndində şəhid Nemət Kusayevin xatirəsinə inşa
edilmiş abidə-bulağın
açılışı keçirilib. Nemət Kusayev
1988-ci il dekabrın 4-də Car kəndində
anadan olub. 2007-ci ildə müddətli
həqiqi hərbi xidmətə çağırılıb.
2008-ci ilin martında
döyüş tapşırığını
yerinə yetirərkən
şəhadətə yetib.
***
Qəbələ şəhərində Vətən
müharibəsi şəhidi
İqbal Babayevin doğum günündə
şəhidlərin xatirəsini
əbədiləşdirmək məqsədilə inşa
edilən kompleksin açılışı olub. Tədbirdə çıxış edən
şəhidin ailə
üzvləri onlara göstərilən diqqət
və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
***
Ağstafada Vətən müharibəsi şəhidi Nihad Abdullayevin xatirəsinə inşa olunan bulaq-kompleksinin açılışı olub. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Nihad Abdullayevin və digər ağstafalı şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Masallı RMİ Masallı rayon Mərkəzi
Kitabxanasında Vətən
müharibəsi şəhidi
Niyaməddin Sultanzadənin
doğum gününə
həsr olunmuş “Şəhidlik ən uca və müqəddəs
zirvədir” mövzusunda
tədbir keçirilib.
N.Məmmədli
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.4.