“Şuşa mədəniyyətinin
inciləri”: “Açma-yumma”
xalçası
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Açma-yumma” xalçasına həsr olunub.
“Açma-yumma” xalçaları Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Papı və Sofulu kəndlərində, XVIII əsrdən bəri isə, həmçinin Şuşa şəhərində onun yaxınlığındakı Xəlfəli, Şırlan kəndlərində və Xocavənd rayonunda toxunulub.
Xalçanın ara sahəsini
bir-birinin arxasınca ritmik
düzülmüş rombşəkilli, dilikli göllər bəzəyir. Göllərin
ətrafındakı açılıb-bağlanan diliklərin
quruluşuna görə sənətkarlar bu xalçaları “Açma-yumma”
adlandırırlar.
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.6.