“Qızıl şir” sənədli filmə verildi

 

İtaliyanın Venesiya şəhərində 79-cu kinofestival başa çatıb

 

 

Avqustun 31-dən sentyabrın 10-dək davam edən 79-cu Venesiya Film Festivalının mükafatçıları elan olunub. Avropanın ən nüfuzlu üç kinoforumundan (KannBerlin festivalı ilə bərabər) biri olan Venesiya Film Festivalının əsas müsabiqə proqramına bu il 23 ekran əsəri daxil edilmişdi.

Amerikalı aktrisayazar Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Laura Poitrasın “Bütün gözəlliklər və qanlarfilmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb.

Qeyd edək ki, bu, kinofestivalın əsas proqramında yeganə sənədli film olub. Filmdə amerikalı fotoqraf Nan QoldininPurdue Pharma” əczaçılıq şirkətinə dəstək verən Sakler ailəsinə qarşı çıxmasından bəhs edilir. Sözügedən şirkət istifadəçilərdə preparata davamlı bağlılıq yaradan ağrıkəsici (oksikontin) istehsalı ilə məşğuldur.

Fransalı rejissor Alis Diopun “Müqəddəs Ömər” filmi jürinin Qran-pri mükafatına – “Gümüş şir”ə layiq görülüb.

İtaliyalı rejissor, prodüserssenarist Luka Quadaqnino “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında mükafata yiyələnib. Həmin filmdə çəkilən kanadalı aktrisa Teylor Rassl perspektiv vəd edən gənc aktyoraktrisalar üçün nəzərdə tutulanMarçello Mastroyanni” mükafatına layiq görülüb.

Azərbaycan əsilli məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Qeyd edək ki, Cəfər Pənahi hazırda İranda həbsdədir.

İrlandiyalı aktyor Colin Farrell (“İnişerinin ölüm pəriləri” filmi, rejissor Martin Makdonax)  və avstraliyalı aktrisa Keyt Blanşett (“Qətran” filmi, rejissor Tod Fild) ən yaxşı kişi və qadın oyunçu kimiVolpikubokunu qazanıblar.

 

V.Kamal

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.8.