Həştərxanda klassik musiqi
festivalında “Azərbaycan
günü”
Xəbər verdiyimiz kimi, sentyabrın 2-dən 11-dək Rusiyanın
Həştərxan şəhərində
“Opera First – 2022” Beynəlxalq Xəzər Klassik İncəsənət Festivalı
keçirilib. İkinci dəfə təşkil
olunan festivalın konsert proqramlarında Rusiya, Azərbaycan, İran, Türkmənistan
və Qazaxıstan teatrlarının solistləri
iştirak ediblər.
Festival çərçivəsində
Xəzəryanı ölkələrin
günləri keçirilib. Sentyabrın 9-da “Azərbaycan günü” adlı konsert təşkil olunub.
Həştərxan Filarmoniyasının böyük
zalında keçirilən
konsertin proqramını
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə təqdim edib.
Proqramda
Azərbaycan klassikləri
Qara Qarayev və Fikrət Əmirovun, eləcə də ölkənin müasir bəstəkarlarının
– Firəngiz Əlizadə,
Azər Dadaşov, Cəlal Abbasov, Tural Məmmədlinin əsərləri yer alıb.
Əsərləri Ümid Abbasov (skripka), Nəzrin Aslanlı (skripka), Emin Hüseynov (skripka), Rəna Rəhimova (alt), Orxan Hüseynov (violonçel),
Zakir Əsədov (fortepiano)
ifa ediblər.
Konserti Həştərxanda
keçirilən Xəzər
mediaforumunda iştirak
edən Azərbaycan nümayəndə heyəti,
Milli Məclisin üzvləri də izləyiblər.
Rusiya Bəstəkarlar İttifaqı
Həştərxan şöbəsinin
sədri Konstantin Quzenko
çıxışında “Azərbaycan günü” konsertinin gözləntiləri
üstələdiyini vurğulayaraq
deyib: “Biz Azərbaycanın
peşəkar musiqi sahəsində böyük
nailiyyətləri olduğunu
həmişə bilirdik.
Lakin bu gün dinlədiklərimiz
qəlbimizin dərinliyinədək
bizi riqqətə gətirdi. Təkcə musiqi yox, Firəngiz Əlizadənin
gözəl çıxışı
da bizi valeh
etdi. O çıxışında
dünya səviyyəsində
uğur qazanmış
Azərbaycan bəstəkarlıq
məktəbinin şanlı
tarixinə maraqlı ekskurs etdi...”.
Festivalın yekun qala-konsertində Azərbaycanın tanınmış
vokalçısı, Əməkdar
artist Azər Rzazadə
də çıxış
edib.
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.8.