Milli mətbəx və mədəniyyətimiz
Belarusda təbliğ olunub
Belarusun Qomel şəhərinin 855-ci ildönümü münasibətilə keçirilən Milli Mədəniyyətlər Festivalında Azərbaycan da təmsil olunub.
Şəhərin mərkəzi meydanında keçirilən festivalda Belarusun “Azərbaycan İcmaları Konqresi”nin təşkil etdiyi stenddə mədəni irsimiz, milli mətbəximiz nümayiş etdirilib. Bayramın qonaqları Azərbaycan plovunun, dolmasının, nar şirəsinin, şəkərbura, paxlava, qoğal kimi şirniyyatların dadına baxıblar.
Qomel Vilayət İcraiyyə Komitəsinin sədri İvan Krupko, şəhər İcraiyyə Komitəsinin sədri Pyotr Kiriçenko da sərgini ziyarət edib, Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olub, həmçinin Azərbaycan şirniyyatlarından dadıblar.
“Sarı gəlin” rəqs ansamblı “Uzundərə”,
“Naz eləmə”, “Ağ
çiçək” və digər xalq rəqslərini
ifa edib. Festival iştirakçıları Azərbaycan
milli rəqsi “Yallı”nı birlikdə
oynayıblar. Stendimizdə Azərbaycanın milli
geyimləri və atributları da nümayiş etdirilib.
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.8.