MDB-nin Mədəni əməkdaşlıq
üzrə Şurasının iclası keçirilib
8-9 sentyabr tarixlərində Qazaxıstanın Nur-Sultan şəhərində MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclası keçirilib. İclasda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Toplantıda 2021-2025-ci illər üzrə MDB iştirakçı dövlətlərinin əməkdaşlığı ilə əsas tədbirlər, 2022-ci ildə MDB-də “Xalq yaradıcılığı və mədəni irs ili” elan olunması ilə əlaqədar tədbirlər planının həyata keçirilməsi, 2022-ci ildə “Birliyin mədəniyyət paytaxtı” dövlətlərarası layihəsinin Qırğızıstanda icra edilməsi, MDB iştirakçı-dövlətlərinin muzey işi sahəsində əməkdaşlığı haqqında sazişin layihəsi, “Birliyin qiymətli boyunbağısı” beynəlxalq layihəsi, iştirakçı dövlətlərin kinematoqrafiya üzrə işçi qrupunun fəaliyyəti, Mədəni əməkdaşlıq üzrə Şuranın fəaliyyətinə dair hesabat, növbəti iclasın keçirilməsi, 2023-cü ildə nəzərdə tutulan fəaliyyət və digər məsələlər müzakirə olunub.
Vüqar Məmmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma işləri, o cümlədən postmüharibə dövründə mədəniyyət sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Eyni zamanda Şuşa şəhərində il ərzində keçirilmiş beynəlxalq “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri, “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” tədbirləri haqqında məlumat verilib. Vüqar Məmmədov sentyabr ayında keçiriləcək Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı, XVII Bakı Beynəlxalq Caz Festivalı və yaxın müddətdə təşkili planlaşdırılan digər tədbirlər barədə də toplantı iştirakçılarına məlumat verib.
İclasın
sonunda aidiyyəti məsələlərə dair qərarlar və
tövsiyələr qəbul olunub.
Azərbaycanla Tacikistan arasında mədəni əlaqələr müzakirə olunub
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov Nur-Sultan şəhərində MDB-nin Mədəni əməkdaşlıq üzrə Şurasının iclasında iştirak edən Tacikistan mədəniyyət nazirinin müavini Manuçehr Şarifzoda və Tacikistanın Akademik Opera və Balet Teatrının direktoru Kamoliddin Sayfiddinov ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, mədəniyyət və incəsənətlə bağlı qarşılıqlı mübadilə, iki ölkənin opera və balet teatrları arasında əməkdaşlığa dair müqavilənin hazırlanması müzakirə edilib.
Beynəlxalq Delfi
Komitəsinin direktoru Vladimir
Ponyavinin də qatıldığı
görüşdə Azərbaycan nümayəndə heyətinin
bu il Tacikistanda
təşkil olunacaq MDB ölkələri
gənclərinin növbəti Delfi
Oyunlarında iştirakı məsələsi və digər mövzular ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.3.