V ANİMAFİLM festivalı başa çatıb
Fransalı rejissorun “İki truba üçün hekayə”si
baş mükafatı
qazanıb
Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 11-dək Bakıda
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Mədəniyyət
Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı,
Qarabağ Dirçəliş
Fondu, Azərbaycan Yaradıcı Sənayelər
Federasiyası, “Culture Network House” Assosiasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq
Animasiya Film Festivalı
və digər qurumların tərəfdaşlığı
ilə gerçəkləşən
builki festivalın devizi “Bir bilet
– bir ağac” idi.
Sentyabrın 11-də Nizami Kino Mərkəzində
festivalın bağlanışı
və qaliblərin mükafatlandırılması mərasimi
keçirilib. Münsiflər heyətinin üzvü
Esra Əliyeva qeyd edib ki,
festivalın bilet satışlarından 4119 manat
pul yığılıb.
Bu vəsaitlə işğaldan azad edilən ərazilərdə
412 ağac əkiləcək.
Festivalın “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran pri
mükafatı qalibinin
adını Mədəniyyət
Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri
Rüfət Həsənov
açıqlayıb. Mükafata fransalı
rejissor Amandine Meyerin “İki truba üçün hekayə”
(“A Story for 2 Trumpets”) filmi layiq
görülüb. Bu nominasiyada xüsusi seçim mükafatını
isə ABŞ-dan rejissor Owen Klattenin “Ağacdan” (“Of Wood”) filmi qazanıb.
Yerli müsabiqənin
“Ən yaxşı qısametrajlı Azərbaycan
animasiya filmi” nominasiyası üzrə qalibini isə Fransanın Bakıdakı
səfirliyinin Mədəni
fəaliyyət və
əməkdaşlıq üzrə
müşaviri Çarlz
Denyer tərəfindən
açıqlanıb. Mükafata rejissor
Ülviyyə Məmmədovanın
“Ağ qorxu” filmi layiq görülüb.
Bu nominasiyada xüsusi
seçim mükafatını
rejissor Kövsər Qurbanın “Bir damla” filmi alıb.
Bildirilib ki, “Ən yaxşı qısametrajlı Azərbaycan
animasiya filmi” nominasiyasının qalibi Fransada dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq
Animasiya Film Festivalına
qatılmaq imkanı qazanıb.
Tədbirdə vorkşoplara qatılmış
iştirakçıların iqlim dəyişikliyi mövzusunda qısa animasiya rolikləri nümayiş etdirilib.
Daha sonra digər qaliblərin adları açıqlanıb. “Uşaqlar
üçün ən
yaxşı qısametrajlı
animasiya filmi” nominasiyasında rejissor Ana
Çubinidzenin (Gürcüstan,
Fransa) “Franzy’s
Soup-Kitchen” (“Franzinin şorba
mətbəxi”), “Ən
yaxşı televiziya animasiya serialı”nda fransalı rejissor Sedrik Laşenaudin “Grizzy və Lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə”,
“Ən yaxşı qısametrajlı eksperimental
və ya abstrakt animasiya filmi” üzrə portuqaliyalı rejissor
Nelson Fernandesin “Us” (“Bizi”),
“Ən yaxşı musiqili animasiya videosu” nominasiyasında italiyalı rejissorlar Mario Kreyl Sirillo və
İzabel Emili Viqandın “Transparent Black and Iron Rich Red” (“Şəffaf qara və dəmirlə zəngin qırmızı”),
“Ən yaxşı tələbə animasiya filmi” kimi isə
çinli rejissor Tanq Rehunun “A Dog under Bridge”
(“Körpünün altında
bir it”) filmləri qalib olublar.
Tamaşaçı seçimi müsabiqəsinin
qalibi Ana Çubinidzenin
“Franzinin şorba mətbəxi” filmi olub.
Sonda çıxış
edən festivalın
art-direktoru Nəzrin Ağamalıyeva 2023-cü ildə
keçiriləcək altıncı
festivalın mövzusunun
“Gender bərabərliyi”nə həsr olunacağını
diqqətə çatdırıb.
Qeyd edək ki, festivalda
filmləri beynəlxalq
münsiflər heyəti
– Jonathan Laskar (İsveçrə),
Tilly Wallace (Böyük
Britaniya), Markus Ovre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük
Britaniya) kimi peşəkarlar dəyərləndirib.
Bu il də festivalın uşaq jürisi fəaliyyət göstərib. 22 üzvdən ibarət heyət maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiya seriyalı” kateqoriyaları üzrə iki qalibi seçib.
Festivalda ümumilikdə 29
ölkədən uşaqlar və böyüklər
üçün çəkilmiş 121 animasiya filmi nümayiş etdirilib.
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.1;5.