Mədəniyyət Nazirliyində türkiyəli qonaqla görüş

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 12-də Ankaradakı Əhməd Yəsəvi Dərnəyinin rəhbəri, tibb xadimi, pedaqoq, eyni zamanda böyük türk mütəfəkkiri Əhməd Yəsəvi irsinin tanınmış tədqiqatçısı Fatma Sönməzlə görüşüb.

Türk dünyasının tanınmış ziyalısı Fatma Sönməzi səmimi salamlayan nazir istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən sonra Azərbaycanın əzəli torpaqları Qarabağın, Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılmasında gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib. Anar Kərimov qonağa Mədəniyyət Nazirliyinin təsis etdiyiŞuşa – 270” döş nişanını təqdim edib.

Dəvət üçün mədəniyyət nazirinə minnətdarlığını bildirən Fatma Sönməz bundan sonrakı fəaliyyətində də Türk dünyası naminə yorulmadan çalışacağını qeyd edib.

Anar Kərimov qonağa fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.3.