– Kimya
dərsimiz harada olacaq? – Şuşada!
ADA Məktəbi yeni
tədris ilinə yeniliklə başlayıb. Məktəbin sinif otaqlarına 44 günlük Vətən müharibəsi nəticəsində
azad olunmuş rayon və şəhərlərin
simvolik adları verilib. Artıq sinif otaqlarının qapılarında otağın
nömrəsi ilə yanaşı, “Şuşa”,
“Laçın”, “Zəngilan”,
“Kəlbəcər” və
digər işğaldan
azad olunmuş şəhər və rayonlarımızın, tarixi
məkanlarımızın adlarını görmək
mümkündür. Məktəbdəki bu yeniliyin əsas
təşəbbüskarı tələbə xidmətləri
və təlim-tərbiyə
üzrə menecer Samir Cavadovdur.
ADA Məktəbinin administrativ
heyəti tərəfindən
irəli sürülən
bu təşəbbüsün
ADA Universiteti tərəfindən
müsbət qarşılandığını
bildirən universitetin
akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyib: “Əslində, ADA Universitetində müəyyən
otaqlara simvolik adların verilməsi təcrübəsi yeni deyil. Hazırda ADA Universitetində “Abşeron”, “Karvansara”, “Məclis” otaqları mövcuddur. İndi isə
sinif otaqlarımıza
azad edilmiş torpaqlarımızın, rayon və
şəhərlərimizin, tarixi məkanlarımızın
adlarını verməklə,
onlara həmin məkanların ruhunu vermiş oluruq, sanki oradakı ab-havanı burada canlandırırıq. Eyni zamanda
şəhidlərimizin qanı
bahasına geri alınmış torpaqlarımızı,
möhtəşəm Qələbəmizi,
şanlı tariximizi şagirdlərimizə hər
zaman xatırlatmış
oluruq”.
Sinif otaqlarına işğaldan
azad edilmiş ərazilərin adlarının
verilməsinin şagirdlər
tərəfindən də
sevinclə qarşılandığını
qeyd edən Samir Cavadov təşəbbüslə
bağlı düşüncəsini
bu sözlərlə ifadə edib: “ADA Məktəbində tənəffüs
vaxtı idi. Müəllimlərlə söhbət etdiyimiz
zaman bir neçə şagird dəhlizdə yanımızdan
keçdi. Şagirdlərdən
biri digərindən soruşdu:
– Kimya dərsimiz harada olacaq?
İrəlidə gedən şagird
arxaya boylanaraq ucadan cavab verdi:
– Şuşada!”.
Mədəniyyət.- 2022.- 16
sentyabr.- S.7.