ADMİU yeni tədris ilində yubileyini
qeyd edəcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2022-2023-cü tədris ilində Elmi şuranın ilk iclası keçirilib.
Rektor Ceyran Mahmudova bu tədris ilinin universitet üçün əhəmiyyətindən bəhs edərək, 2023-cü ildə ADMİU-nun 100 illik yubileyinin qeyd ediləcəyini deyib.
Rektor yubiley ərəfəsində Nazirlər Kabinetinin universitetlə bağlı qərarının ali məktəb üçün həm sevindirici, həm də məsuliyyətli olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin 2022-ci il 12 avqust tarixli qərarına əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik şəxsə çevrilib. Rektor bununla bağlı 2022-2023-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr haqqında danışıb.
İclasda 2022-2023-cü tədris
ili üçün bakalavriat və magistratura
pillələrinə tələbə qəbulunun, yay semestrinin nəticələri, ADMİU-da
fəlsəfə və elmlər doktoru
proqramları üzrə doktorantura və dissertanturaya qəbul və digər məsələlər
müzakirə edilib.
Mədəniyyət.- 2022.- 16
sentyabr.- S.7.