Tarix Muzeyində XVIII əsrə aid nadir kitab qorunur
Milli Azərbaycan
Tarixi Muzeyinin “Nadir kitablar” fondunda müxtəlif dövrləri
əhatə edən dəyərli nümunələr
qorunur.
Muzeydən bildirilib ki, belə nümunələrdən
biri XVIII əsrə
aid “Misirlilər, karfagenlilər,
assuriyalılar, babillilər,
midiyalılar, farslar, makedoniyalılar və yunanlar haqqında qədim hekayə” (Sankt-Peterburq, İmperator Elmlər Akademiyası,
1749) adlı nadir nüsxədir.
Kitabın müəllifi, fransız
yazıçı Şarl
Rollen oxuculara bu xalqların qədim tarixini, onların ictimai-iqtisadi vəziyyətini, Misir fironlarının yürüşləri
və qədim Misir cəmiyyətinin etnoqrafik təsvirini geniş şəkildə
təqdim edir.
Sankt-Peterburqda nəşr
olunan kitab fransız dilindən Vasili Trediakovski tərəfindən rus dilinə tərcümə
edilib.
Mədəniyyət.- 2022.- 16
sentyabr.- S.6.