Tehran Vəliyevin “Dünya
ədəbiyyatından nümunələr” kitabı
işıq üzü görüb
Tanınmış tərcüməçi, jurnalist, redaktor Tehran Vəliyevin (1954-2015) “Dünya ədəbiyyatından nümunələr” kitabı işıq üzü görüb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Aspoliqraf LTD” nəşriyyatında çapdan çıxan kitabın tərtibçisi və redaktoru Rafiq Vəli İmranoğludur.
Kitabda oxucular Tehran Vəliyevin tərcüməsində dünya ədəbiyyatının korifeyləri – F.S.Fiscerald, E.Heminquey, S.Hill, K.S.Duqqal, C.Coys və S.Kinqin əsərləri, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqanın “İndi növbə mənimdir” xatirə-memuarı ilə tanış olacaqlar. Kitabda Tehran Vəliyevin həyat yolundan da söz açılır, Azərbaycan ədəbi ictimaiyyəti nümayəndələrinin mərhum tərcüməçi haqqında xatirələri yer alıb.
Tehran Vəliyev uzun illər bədii
tərcüməçilik və redaktorluq
fəaliyyəti göstərib, ingilis
dilindən C.D.Selincer, U.Folkner,
E.Heminquey, F.S.Fitscerald
və başqa yazıçıların əsərlərini,
eləcə də rus və türk dillərindən bir
sıra siyasi, elmi, pedaqoji ədəbiyyat nümunələrini
Azərbaycan dilinə çevirib. O, onlarla kitab, tədris
proqramı və məqalələr toplusunun
redaktoru olub. Jurnalistika və nəşriyyat işi sahəsində müxtəlif vəzifələrdə
işləyən T.Vəliyev 2001-ci ildən ömrünün
sonuna – 2015-ci ilədək Mədəniyyət
Nazirliyində çalışıb, şöbə müdirinin müavini, sektor müdiri olub.
Mədəniyyət.- 2022.- 16
sentyabr.- S.6.