“Memarlıq incəsənət kimi”
Sankt-Peterburq Dövlət Tarix Muzeyində III Beynəlxalq “Memarlıq incəsənət kimi” sərgisi açılıb. Ekspozisiyada “Qızıl Trezini-2021” müsabiqəsi qaliblərinin əsərləri nümayiş etdirilir.
“Qızıl Trezini” beynəlxalq mükafatı hər il memarlıq, dizayn, bərpaçılıq və muzey işi sahəsində fərqlənən layihələrə görə təqdim olunur.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov sərginin açılışında çıxış edib. Diplomat Azərbaycan və Rusiya mədəniyyət və incəsənət xadimləri arasında əməkdaşlıqdan söhbət açıb.
Tədbirdə Sankt-Peterburq Dövlət Tarix Muzeyinin baş direktoru Vladimir Kirilov, İsrailin Sankt-Peterburqdakı baş konsulu Uri Reznik, Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronski və başqaları çıxış ediblər.
Sərgidə 14 ölkədən (Braziliya, Britaniya, İsrail, Hindistan, İtaliya, İspaniya və
s.) layihələr yer
alıb.
Mədəniyyət.- 2022.- 16
sentyabr.- S.8.