Tarix mədəni irsimizin saxlanc yerləri

 

Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş muzeylərə baxış keçirilib

 

Məlum olduğu kimi,  Azərbaycan Respublikasında elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Hüseyn Cavidin Ev-Muzeyi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Fərmanın müvafiq bəndinin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən zəruri işlər görülür.

Sentyabrın 13-14-də mədəniyyət naziri Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin Muzey, qalereya sərgilər şöbəsinin əməkdaşları sözügedən muzeylərdə olublar. Nazir Anar Kərimov muzeylərin fəaliyyəti ilə maraqlanıb, ekspozisiyalara baxıb, kollektivlərlə söhbət edib, fikirlərini bölüşüb.

Milli Azərbaycan Tarixi Muzeyinə ziyarət zamanı muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı qədim zamanlardan müasir dövrədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponatın saxlanıldığı muzeyin fondları barədə məlumat verib. Baş direktor muzeyin nəşrləri ekspozisiyada sərgilənən eksponatlar haqqında da söz açıb, muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası burada həyata keçirilən işlərdən bəhs edib.

Anar Kərimov Milli Azərbaycan Tarixi Muzeyinin elmi tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, zəngin tariximizin daha düzgün təqdim olunmasına, indiyədək yol verilən təhriflərin düzəldilməsinə xüsusilə ehtiyac var.

Nazir qeyd edib ki, muzeydə tədqiqat işinə böyük diqqət ayrılmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı araşdırmaların xarici dillərə tərcüməsi təmin olunmalıdır. Vurğulanıb ki, bununla Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni dəyərlərimizin tanıdılması   tarixi irsimizin qorunmasına töhfə vermiş olarıq.

Diqqətə çatdırılıb ki, Milli Azərbaycan Tarixi Muzeyinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi bu istiqamətdə daha səmərəli işlərin həyata keçirilməsinə imkan verəcək.

Görüş zamanı muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

 

***

Anar Kərimov nazirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyəti ilə tanış olublar.

Muzeyin baş direktoru, akademik, millət vəkili  Rafael Hüseynov Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərini özündə əks etdirən zəngin ekspozisiya barədə məlumat verib, ədəbi irsimizin tədqiqi təbliği məqsədilə muzeydə aparılan elmi-tədqiqat işlərindən bəhs edib.

Anar Kərimov muzeylərin yalnız Azərbaycan xalqının tarixi mədəni ənənələrini tədqiq təbliğ edən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, Azərbaycan dövləti xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına daim xüsusi diqqət göstərir, Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı fərman və sərəncamlar imzalanır.

Görüş çərçivəsində həmçinin muzey əməkdaşları ilə tanışlıq olubmuzeyin gələcək fəaliyyəti ilə bağlı söhbət aparılıb.

***

Hüseyn Cavidin Ev-Muzeyi də ölkəmizin xatirə-memorial muzeyləri arasında zəngin fond və ekspozisiyası, fəaliyyəti ilə seçilir.

Muzeyin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış edib. Bildirib ki, Hüseyn Cavidin yaşadığı evdə muzeyin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Baş direktor muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verib.

Anar Kərimov ev-muzeyin rəy kitabına muzey haqqında təəssürat və ürək sözlərini qeyd edib.

 

Mədəniyyət.- 2022.- 16 sentyabr.- S.3.