Mədəniyyət müəssisələrindən
Ordumuza dəstək
Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 18 sentyabr – Milli Musiqi Günündə Azərbaycan Ordusuna dəstək məqsədilə saat 12:00-da müəssisə kollektivlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təşəbbüsün əsas məqsədi ölkəmizin ən ali və əzəmətli musiqisinin – Üzeyir Hacıbəylinin bəstəkarı olduğu Azərbaycan Dövlət Himninin sədaları ilə Vətənimizin keşiyində duran Silahlı Qüvvələrimizə, qəhrəman əsgər və zabitlərimizə dəstək nümayiş etdirməkdir.
Paytaxt Bakıda, eləcə
də Gəncə, Mingəçevir, Lənkəran və digər
şəhər və rayonlarda mədəniyyət
müəssisələri və təşkilatlar
sözügedən layihədə fəal iştirak
edib. Tədbirlərdə Azərbaycanın
ərazi bütövlüyü, sərhədlərinin
toxunulmazlığı naminə canından keçən
şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad
edilib.
Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.5.