Geyimin cazibəsi”

 

Milli Xalça Muzeyində Belqrad Etnoqrafiya Muzeyinin sərgisi

 

 

Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” adlı ekspozisiya təşkil edilib. Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunur.

Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.

Azərbaycan Mədəniyyət Nazirliyi, Serbiya Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça MuzeyiBelqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 16-dək davam edəcək.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün  serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancmasanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Milli Xalça MuzeyiBelqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.5.