Arxangelsk məktəbində “Azərbaycan musiqi mədəniyyəti mərkəzi”

 

Rusiyanın Arxangelsk şəhərindəki  31 nömrəli İncəsənət məktəbində M.Maqomayev adına “Azərbaycan musiqi mədəniyyəti  mərkəzi”nin açılışı olub. Layihə “Arxangelsk vilayətinin Azərbaycan diasporuİctimai Birliyi tərəfindən 2022-ci ildə Rusiya Prezidenti tərəfindən elan edilmişRusiya xalqlarının mədəni irsiili çərçivəsində həyata keçirilib.

Arxangelsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov deyib ki, “Rusiya xalqlarının mədəni irsi ili” çərçivəsində bu ilin aprelində Azərbaycan diasporunun dəstəyi ilə M.V.Lomonosov adına Şimali Arktika Federal Universitetində görkəmli geoloq Fərman Salmanovun adını daşıyan elmi laboratoriya açılıb. Bu gün isə Müslüm Maqomayev adına mərkəz açılır.

Sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Gününün qeyd olunduğunu diqqətə çatdıran T.Qasımov dahi bəstəkar Üzeyir Hacıbəyli və dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığından danışıb.

Tədbirdə məşhur opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisti Tamara Sinyavskayanın, Azərbaycanın Xalq artisti Emin Ağalarovun videotəbrikləri nümayiş olunub.

Mərasimdən sonra keçirilən konsertdə Azərbaycan xalq mahnıları ilə yanaşı, Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.

Məktəbin xor şöbəsinin vokal qrupu “Cücələrim” mahnısını ifa edib. Həmçinin dinləyicilər Rafiq Məmmədovun kamançada ifasından həzz alıblar.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.8.