Xalça Muzeyində “Həyatın ilmələri”

 

 

Azərbaycan Milli Xalça Muzeyində “Həyatın ilmələri” adlı sənədli film nümayiş etdirilib.

Muzeydən bildirilib ki, ekran işi muzeyin baş texnoloqu, xalça sənətinin inkişafında və gələcək nəsillərə ötürülməsində mühüm rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunub. Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyası MMC tərəfindən çəkilib.

Sənədli filmdə Zəhra Əliyevanın həyat hekayəsi, fəaliyyəti, həmçinin Lətif Kərimov, Cəfər MüciriKamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr öz əksini tapıb.

Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.7.