Mədəniyyət naziri
Latviya Milli Opera və Balet
Teatrının direktorunu qəbul edib
Üzeyir Hacıbəyli
XIV Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün
müxtəlif ölkələrdən musiqi
xadimləri Bakıya gəliblər. Onlardan biri Latviya Milli
Opera və Balet Teatrının direktoru, vokalçı Egils Silinşdir.
Mədəniyyət naziri Anar Kərimov
sentyabrın 19-da Egils
Silinş və xanımını qəbul
edib. Latviyanın Azərbaycan
Respublikasındakı Səfirliyinin
əməkdaşı xanım
Vija Buşa və nazirliyin İncəsənət və
qeyri-maddi mədəni
irs şöbəsinin
müdiri Fərəh
Acalovanın da iştirak etdiyi görüşdə iki ölkə arasında mədəni əlaqələrdən
söhbət açılıb,
gələcəkdə birgə
layihələrin həyata
keçirilməsi məsələləri
müzakirə olunub.
Latviyalı qonaqlarla Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
yaradıcı görüş
də keçirilib.
Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.3.