Nyu-Yorkda həmyerlimizin təşkilatçılığı
ilə bəstəkarlıq müsabiqəsi
“Şuşa”
mükafatına Parisdə yaşayan pianoçu Etibar Əsədli
layiq görülüb
Nyu-Yorkda yaşayan həmyerlimiz, pianoçu, professor Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti (NMGCS) tərəfindən beynəlxalq bəstəkarlıq müsabiqəsi keçirilib.
İkinci dəfə gerçəkləşən layihə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunub. Müsabiqəyə 20-dək ölkədən bəstəkarlar qoşulublar.
Əcnəbi münsiflər heyətinin qərarı ilə Fransada yaşayan azərbaycanlı bəstəkar, pianoçu Etibar Əsədlinin əsəri müsabiqənin “Şuşa” mükafatına layiq görülüb.
Lin Sen (Çin) 1-ci yerə, Jared Destro (ABŞ) 2-ci yerə, Roman Czura (Almaniya) və İrakli Areşidze (Gürcüstan) 3-cü yerə, həmçinin hər bir iştirakçı müsabiqənin Mükəmməllik Mükafatına layiq görülüb.
Leilo Di Tullio (İtaliya), Marius Diaz (Kolumbiya), Franz Augustine Mallari (Filippin), Lukas Jaramillo Valderrama (Kolumbiya), Mehran Pedram (İran), Alicia Haydee Clausi (Argentina) “Nailiyyət sertifikatı”, Sina Cafarikia (İran) Xüsusi “Hacıbəyli sertifikatı” ilə təltif olunublar.
Qeyd edək ki, musiqi təhsilini Bakıda alan Etibar Əsədli yerli və beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. Hazırda Paris şəhərində yaşayır. Fransanın CMDL (Centre des Musique Didier Lockvood) caz təhsili məktəbinin məzunudur. Eyni zamanda Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Mədəniyyət.- 2022.- 23
sentyabr.- S.8.