Milli Kitabxananın musiqi irsimizə töhfəsi
Azərbaycan bəstəkarlarının
not məcmuələri təqdim
olunub
Sentyabrın 21-də Milli Kitabxanada Üzeyir Hacıbəyli
XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Mədəniyyət Nazirliyi
və Milli Kitabxananın birgə layihəsi üzrə nəşr olunmuş Azərbaycan bəstəkarlarının
not məcmuələrinin təqdimat
mərasimi keçirilib.
Kitabxananın direktoru Kərim
Tahirov ümumilikdə
21 not məcmuəsinin təqdim
olunduğunu və bu nəşrlərin uşaq musiqi məktəblərinin şagirdləri,
ali musiqi
məktəblərinin tələbələri,
musiqişünas alimlər
üçün nəzərdə
tutulduğunu qeyd edib. O, kitabxananın həyata keçirdiyi musiqi layihələrindən
danışıb, Beynəlxalq
Petruççi Musiqi
Kitabxanası ilə olan əməkdaşlıq
haqqında məlumat verib, Azərbaycanın görkəmli bəstəkarlarının
əsərlərinin notlarının
və səs yazılarının Petruççi
Musiqi Kitabxanasının
saytında yerləşdirildiyini
diqqətə çatdırıb.
Azərbaycan Milli Konservatoriyasının
rektoru, professor, Xalq artisti Siyavuş Kərimi təqdimatı keçirilən nəşrlərin
əhəmiyyətindən bəhs edib, Milli Kitabxananın bu yöndə fəaliyyətini yüksək
qiymətləndirib, gələcəkdə
xalq mahnıları, rəqslər üçün
çoxlu sayda materialların çap olunmasının vacibliyini
vurğulayıb.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru, professor Ceyran Mahmudova da təqdimatın
önəmindən bəhs
edərək Milli Kitabxananın musiqi irsimizə töhfəsini
yüksək qiymətləndirib.
O, Azərbaycan bəstəkarlarının
əsərlərinin nəşrinə,
həmçinin atası
Emin Sabitoğlunun da əsərlərinin nəfis tərtibatlı çapına görə
kitabxananın rəhbərliyinə
təşəkkür edib.
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
rəisi İbrahim Əliyev idarənin tabeliyində fəaliyyət
göstərən musiqi
məktəblərində tədrisdə
bu vəsaitlərə
böyük ehtiyacın
olduğunu söyləyib.
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi,
professor Zemfira Qafarova,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru,
professor Gülnaz Abdullazadə,
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov musiqi ilə bağlı nəşrlərin ərsəyə
gəlməsinə görə
Milli Kitabxanaya təşəkkür edib,
belə nəşrlərin
elektron variantının
kitabxananın saytı
vasitəsilə dünyaya
yayılmasının önəmini
vurğulayıblar.
Azərbaycan Milli Konservatoriyasının
elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova bütün təbriklərə qoşularaq,
uzun illər pis vəziyyətdə olan not nəşrlərinin
çapı məsələsinin
artıq sistemli xarakter aldığını,
konservatoriyanın bütün
nəşrlərinin Milli
Kitabxanaya təqdim edildiyini və vokal kafedrası üçün də vəsaitlərin çapına
ehtiyac olduğunu qeyd edib.
Üzeyir
Hacıbəylinin Ev-Muzeyinin
direktoru, not məcmuələrinin
redaktoru, Xalq artisti Sərdar Fərəcov çıxış
edərək layihədə
əməyi keçənlərə
təşəkkür edib,
gələcəkdə Xalq
Çalğı Alətləri
Orkestri üçün
də vəsaitlərin
hazırlanacağını söyləyib.
Tədbirin sonunda Azərbaycan
Milli Kitabxanası ilə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında
memorandum imzalanıb. Sənəddə
qarşılıqlı maraq
doğuran beynəlxalq
layihələrdə və
proqramlarda birgə iştirak, ölkə üzrə birgə layihələrin, birgə
elmi tədbirlərin hazırlanması və həyata keçirilməsi,
görkəmli bəstəkarların,
musiqi xadimlərinin yubileylərinin qeyd olunması, akademiyanın nəşrlərinin mütəmadi
olaraq Milli Kitabxanaya təqdim
olunması, bəstəkarların
və musiqi xadimlərinin yeni əsərlərinin təqdimatı,
kitab sərgilərinin
təşkili və
s. nəzərdə tutulub.
Sonda qonaqlar “Milli musiqi xəzinəmizdən”
layihəsi çərçivəsində
nəşr olunan not məcmuələri ilə
tanış olublar.
Mədəniyyət.- 2022.- 23
sentyabr.- S.7.