Azərbaycan və Litva müəlliflərinin əsərləri qarşılıqlı olaraq səhnəyə qoyulacaq

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 21-də Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla görüşüb.

Diplomatı salamlayan Anar Kərimov Azərbaycan və Litva arasında tarixi münasibətlərin olduğunu bildirib. İki ölkənin mədəniyyət sahəsində əməkdaşlığından məmnunluğunu ifadə edən nazir gələcəkdə də bu əlaqələrin daha da dərinləşməsinə səy göstəriləcəyini vurğulayıb.

Səfir Egidius Navikas da öz növbəsində mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib, muzeykitabxana sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Litva müəlliflərinin əsərlərinin qarşılıqlı olaraq iki ölkənin teatrlarında səhnəyə qoyulması ilə bağlı razılıq əldə olunub.

 

Mədəniyyət.- 2022.- 23 sentyabr.- S.3.