Cığır necə Zəfər yoluna çevrildi?

 

Gəncədə Yunus Oğuzun tarixi romanı təqdim olunub

 

Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə jurnalist, yazıçı, tarixçi, türkoloq Yunus Oğuzun “Cığır” romanının təqdimatı eçirilib.

Tədbirdə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, şəhər İcra Hakimiyyəti İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov, AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və digər çıxış edənlər romanonun mövzusu barədə fikirlərini bölüşüblər.

Yunus Oğuz bildirib ki, romanın əsas qayəsi Şuşaya cığırdan başlayan yolun Zəfər yoluna çevrilməsidir.

Tədbirin sonunda müəllif əsəri şəhid ailələri və qazilər üçün imzalayıb.

“Cığır” romanı Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq 8 noyabr 2020-ci il – Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir. Əsərdə Şuşa şəhərinin tarixindən, 44 günlük Vətən müharibəsi zamanı və sonrası əldə olunan nailiyyətlərdən bəhs edilir.

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.4.