Markesin Azərbaycan dilində kitabı Kolumbiya diplomatına təqdim olunub
Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin
belə bir təkmil səviyyədə
nəşrinə və
təbliğinə görə
dərin təşəkkürümü
bildirirəm. Əsərlərin seçimi, kitabın
tərtibatı yüksək
peşəkarlıq və
zövqlə hazırlanıb.
Kolumbiya Respublikasının Azərbaycandakı
müvəqqəti işlər
vəkili Maria Anxelika
Stir bu sözləri Dövlət Tərcümə
Mərkəzində qurumun
rəhbəri, Xalq yazıçısı Afaq
Məsudla görüşdə
deyib.
Diplomant Markesin Azərbaycan dilində nəşr olunan “Seçilmiş əsərləri” kitabının
səfirlik tərəfindən
təqdimatının keçiriləcəyini
bildirib.
Görüş zamanı Azərbaycan-Kolumbiya
ədəbiyyatlararası əlaqələr
istiqamətində hazırlanan
layihələr,
dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami
Gəncəvinin ispan dilində nəşr olunmuş “Yeddi gözəl” poemasının
Kolumbiyanın dövlət
və ictimai kitabxanalarına, təhsil
və mədəniyyət
ocaqlarına yerləşdirilməsi,
Azərbaycan ədəbiyyatının,
tarixinin, mədəniyyətinin
Kolumbiyada, eləcə
də digər Latın Amerikası ölkələrində tanıdılması
kimi məsələlər
müzakirə edilib.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.8.