Macarıstan orkestri gənc solistləri müşayiət edib
Üzeyir
Hacıbəyli XIV Beynəlxalq
Musiqi Festivalı çərçivəsində daha bir konsert
sentyabrın 23-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
Konsertdə Macarıstanın Mendelson Kamera Orkestrinin müşayiəti ilə
gənc solistlər – respublika və beynəlxalq müsabiqələr
laureatları Fəqan
Həsənli (piano) və
Əziz Pənah (qoboy) çıxış
ediblər.
Proqramda
Lüdviq Van Bethovenin
“Simli kvartet N.11,
op.95”, “Quartetto serioso”,
Volfqanq Amadey Motsartın “Piano və orkestr üçün konsert A dur, K.414”, Bella Bartokun “Divertisment”, “Rumın xalq rəqsləri”, Üzeyir Hacıbəylinin “Arazbarı”,
Aqşin Əlizadənin
“Cəngi” əsərləri
səsləndirilib.
Musiqiçilərin ifası tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.5.