Bakı Musiqi
Akademiyasında Üzeyir Hacıbəyli
festivalının konsertləri
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında (BMA) da bir neçə konsert proqramı gerçəkləşib.
Sentyabrın 21-də Ü.Hacıbəyli adına BMA-nın böyük zalında keçirilən konsertdə bu ilin mayında Vyana şəhərində təşkil olunan “Odlar Yurdunun sədaları” Beynəlxalq Klassik Musiqi Müsabiqəsinin qalibləri – Aleksandr Maria Vaqner (Almaniya) və Qriqorius İoannu (Yunanıstan) çıxış ediblər.
Əvvəlcə BMA-nın prorektoru, professor Yeganə Axundova istedadlı pianoçular haqqında məlumat verib. Bildirilib ki, Aleksandr Maria Vaqner Virciniya Yaradıcılıq İncəsənət Mərkəzinin təqaüdçüsü, Qriqorius İoannu F.List Beynəlxalq Musiqi Müsabiqəsinin və Zalsburq şəhərində keçirilən “Mozarteum” Yay Akademiyasının laureatıdır.
A.M.Vaqner konsertdə V.A.Motsartın “No 11 A-dur sonata”, T.Quliyevin “Cəmilənin albomu”nu və həmçinin özünün bəstələdiyi “Miniatür über Mohn” əsərlərini ifa edib. Q.İoannou isə F.Listin “Mefisto-vals No 1”, F.Şopenin “Noktürn No 1 op.48”, C.Psatosun “Jettatura”, Ü.Hacıbəylinin “Sənsiz”, S.Prokofyevin “No 7 op.83 sonata”sını səsləndirib.
Sentyabrın 22-də BMA-nın böyük zalında “Odlar Yurdunun sədaları” müsabiqəsinin qalibləri olmuş daha iki istedadlı musiqiçi – Heli Kanq (Cənubi Koreya) və Anna Leyererdir (Avstriya) səhnəyə çıxıb.
Heli Kanqın ifasında dinləyicilər D.Skarlatti, V.A.Motsart, K.Şuman, F.Mendelson və M.Ravelin, Anna Leyererin ifasında isə R.Şedrin, A.Ginastera, A.Skryabin və F.Listin əsərlərini dinləyiblər.
Müxtəlif milli məktəb, üslub və tarixi dövrlərin bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram təqdim edən gənc musiqiçilərin incə təfsiri və virtuoz texnikası Bakı dinləyicilərinin yaddaşında hələ uzun müddət qalacaq.
***
Sentyabrın 24-də BMA-da “Baku Chamber Orchestra”nın konserti keçirilib. Konserti Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru,
professor Ceyran Mahmudova,
mədəniyyət və
incəsənət xadimləri,
musiqisevərlər dinləyiblər.
Dirijor Mirian Xuxunaişvilinin (Gürcüstan) rəhbərliyi
altında “Baku Chamber Orchestra”nın müşayiəti
ilə solist, istedadlı pianoçu
Kristina Millerin (Rusiya/Almaniya) ifası dinləyicilərə böyük
zövq bəxş edib.
Qeyd edək ki, K.Miller
beynəlxalq müsabiqələr
laureatı, Münxen Yeni Filarmoniyası, Vyana Kamera Orkestri,
Amerika Orkestri və Litva Kamera
Orkestrinin solistidir.
Konsert proqramında Ü.Hacıbəylinin
“Arazbarı”, F.Şopenin
“Piano və orkestr üçün konsert
No.1 e moll, op.11”, B.Brittenin “Simple Symphony,
op.4”, G.Kançelinin “Daneliada”
əsərləri ifa
olunub.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.5.