Şuşaya salam” deyənlər

 

 

 

 

  AYB-nin sədri, Xalq yazıçısı Anara verildi. Layihə münasibətilə təşkilatçıları, eləcə də oxucu-tamaşaçıları təbrik edən yazıçı bu aksiyanı ədəbiyyat, söz sənəti, eləcə də Şuşamızın təbliğində əhəmiyyətli addım kimi dəyərləndirdi: “Torpaqlarımızın işğaldan azad olunması, bütün xalqımızın nümayəndələri kimi, biz yazı-pozu insanlarına da bir ayrı yaradıcılıq şövqü bağışladı. Biz xoşbəxtik ki, Qarabağın azad olunmasını gördük. Ümumiyyətlə, Qarabağ məsələsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman ictimai prosesləri, hadisələri yaradıcılıq müstəvisində ön planda saxlamağa çalışıb. Təbliğat işimiz bundan sonra da intensiv şəkildə davam edəcək və bacardıqca bunu daha geniş auditoriyaya çıxarmağa nail olacağıq. Bu fəaliyyətin vacib ünsürlərindən biri də “Şuşaya salam” layihəsidir”.

Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Müşfiq Hətəmov da layihəyə qoşulmaqdan, onun təbliğatçısı olmaqdan məmnunluq ifa etdi: “Otuz ildir ki, Qarabağ həqiqətləri barədə müxtəlif tribunalardan çıxışlar olub. Lakin bu gün haqqında danışdığımız layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Layihənin önəmi həm də ondadır ki, dünya ziyalıları da bizim həqiqətləri dilə gətirir, onun birbaşa və dolayı tərənnümçüsünə çevrilirlər. Mən deyərdim ki, bu layihə həm də dövlətimizin uğurlu təbliğat addımıdır”.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli isə çıxışında layihənin dünya xalqlarında Qarabağla bağlı düzgün fikrin formalaşdırılmasına töhfəsinə diqqət çəkdi: “Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra Mədəniyyət Nazirliyinin də üzərinə böyük məsuliyyət düşür. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında nazirliyin iştirakı ilə bir çox işlər görülübbu sistemli proses getdikcə öz əhatə və təsir dairəsini də genişləndirməkdədir. “Şuşaya salam” layihəsi də həmin işlərdən biridir”.

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev də layihənin ədəbiyyat, söz sənəti üçün qalıcı olmasına diqqət çəkdi: “Ümumiyyətlə, tarixdə yazıçıların kitabları qalır. Vaxtilə Homer yazdığı müharibədən bizə heç nə qalmayıb, amma onun yazdığı mətni biz fakt kimi qəbul edir və hadisəni gözlərimiz önündə canlandırırıq. Bu mənada kifayət qədər nümunə sadalamaq olar. Bütün bunları nəzərə alaraq bizlər yaradıcı insanlar olaraq öz həqiqətlərimizi gələcək zamanın insanına çatdırmaq üçün yazmalı və kitaba çevirib, qorumalıyıq”.

AYB-nin sədr müavini Rəşad Məcid Şuşaonun təbliğinə yönələn təşəbbüslərin önəmini vurğuladı. Bildirdi ki, mədəniyyət paytaxtımız Şuşanın adı ilə bağlı bütün layihələr ümumilikdə Azərbaycan həqiqətlərinin ifadə vasitəsidir: “Bu mənada Şuşaya salam” gözəl və orijinal layihədir. Təşkilatçılara təşəkkürümü bildirirəm. Şuşa bizim müqəddəs, sevimli şəhərimizdir. Xüsusilə qeyd etmək istərdim ki, gənc olanda Şuşa haqqında ən gözəl sözləri Anar müəllimin yazılarından oxumuşam və elə layihəyə məhz onun söylədiyi şeirlə başlanması alqışlanası haldır”.

AYB-nin katibi İlqar Fəhmi isə layihəyə xarici müəlliflərin qoşulmasını təqdir etdi. Bunun həm də Qarabağ, Şuşa, Zəfər mövzusunda yarana biləcək yeni bədii nümunələrə  stimul olduğunu dedi:  “Bəzən yazıçı və şairlərə iradlar bildirirlər ki, onlar Qarabağ zəfəri haqqında yazıb-yaratmırlar. Halbuki hadisələr başlamazdan öncə də yazıçılarımız, şairlərimiz Qarabağ mövzusunda yazıb-yaradıblar və düşünürəm ki, zamanla buradakı imzamövzu rəngarəngliyinə də nail olacağıq.  Bu layihədə isə prosesə ölkəmizdən kənarda olan söz adamları da qoşulub”.

Qeyd edək ki, “Şuşaya salam” layihəsində Türkiyə, Macarıstan, İran, Danimarka, Ukrayna, İtaliya, Rumıniya, Yaponiya, Qazaxıstan, Pakistan, Gürcüstan, İsrail, Rusiyas. ölkələrdən tanınmış imzalar qatılıblar. 27 sentyabrda başlayan layihənin son nümayişi 8 noyabr tarixində baş tutacaq.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.1;5.