“Auezov və dünya sivilizasiyası” – elmi-praktik
konfrans
28-29 sentyabr tarixlərində Almatı şəhərində görkəmli qazax yazıçısı Muxtar Auezovun (1897-1961) anadan olmasının 125 illiyi münasibətilə “Auezov və dünya sivilizasiyası” adlı elmi-praktik konfrans keçirilib.
Beynəlxalq Türk Akademiyası, Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, TÜRKSOY və Qazaxıstan Yazıçılar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ölkəmiz də təmsil olunub.
Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov konfransda çıxış edib. Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən
çapdan çıxmış
yazıçının “Qırğız
qəhrəmanlıq dastanı
“Manas” elmi əsəri, azərbaycanlı
alim, filologiya üzrə fəlsəfə
doktoru Turan Teymurovun “M.Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”
monoqrafiyası, həmçinin
“Abay” romanının Azərbaycan dilində yeni nəşrinin təqdimatı olub.
Roman ilk dəfə 1954-cü ildə Azərbaycan dilinə tərcümə
edilərək kiril əlifbası ilə nəşr edilib. Bu
il Beynəlxalq Türk
Akademiyası ədibin 125 illik yubileyi münasibətilə “Abay”
romanını latın qrafikası ilə Azərbaycan dilində
nəşr etdirib. Roman
böyük qazax şairi Abay Kunanbayevin həyatı fonunda
qazax xalqının tarixinə işıq
tutaraq bütöv bir dövrü əhatəli
şəkildə əks etdirir. Əsər
dünyanın 100-dən çox dilinə
tərcümə olunub.
Mədəniyyət.- 2022.- 30
sentyabr.- S.8.