Varşavada Azərbaycan kinosu həftəsi

 

Polşanın paytaxtı Varşavada Azərbaycan kinosu həftəsi keçirilir. Ölkəmizin Polşadakı səfirliyi, Mədəniyyət NazirliyiPolşa Kinematoqrafçılar Assosiasiyasının birgə layihəsi polyak tamaşaçılarına Azərbaycan kinematoqrafiyası ilə tanışlıq imkanı yaradıb.

Varşavanın “Kultura” kinoteatrında oktyabrın 1-dək davam edəcək kino həftəsində filmlər polyakingilis dillərində subtitrlərlə nümayiş olunur.

Açılış mərasimində Polşa Kinematoqrafçılar Assosiasiyasının vitse-prezidenti Kinqa Dembska, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova kino həftəsinin əhəmiyyətindən söz açıblar. Səfir çıxışında Azərbaycanda kinonun tarixi haqqında ətraflı danışıb.

Sonra Mazovietski əyalətinin rəhbəri Adam Strujikin adından təbrik məktubu oxunub. Varşava Yeparxiyasının köməkçi yepiskopu Mixal Yanoxa Azərbaycanda multikulturalizm mühiti haqqında təəssüratını bölüşüb.

Kino həftəsinin açılışında rejissor Fariz Əhmədovun “Sonuncu  sənədli filmi nümayiş olunub. Nümayişdən öncə rejissorfilmin polşalı operatoru Mateuş Çuxnovski çıxış edərək uğurlu yaradıcılıq işindən söz açıblar.

Azərbaycan kinosu həftəsinin proqramına həmçinin “Biz”, “Daxildəki ada”, “Miras” filmləri daxildir.

 

Mədəniyyət.- 2022.- 30 sentyabr.- S.1.