“Şuşa
İli” münasibətilə
2022-ci ilin “Şuşa İli” elan olunması yerlərdəki mədəniyyət müəssisələrin fəaliyyətində aparıcı mövzulardan biridir. Bu istiqamətdə çeşidli tədbir və layihələr hazırlanır.
Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Şuşa böyük qayıdışın şah əsəridir” adlı tədbirdə iştirakçılar “Şuşa – Qarabağın döyünən ürəyi” adlı videoçarxı izləyiblər.
Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon MKS-nin 20 saylı Gəndəbil kənd kitabxana filialında “Şuşanın hər yanda gəzir sorağı...” adlı tədbir təşkil olunub. Tədbirdə “2022 – Şuşa İli” adlı kitab sərgisi nümayiş etdirilib.
Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük Qələbənin simvolu, xarıbülbülün vətəni” adlı tədbir keçirilib. Çıxış edənlər “Şuşa İli”nin əhəmiyyəti barədə danışıb, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə söz açıblar.
Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzi və
Danaçı kənd 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı
ilə “Şuşa Azərbaycanın gözüdür” adlı tədbir keçirilib. Mərkəzin əməkdaşları
və məktəbin müəllimləri
çıxış edərək Qarabağın
döyünən ürəyi olan Şuşa şəhərinin Azərbaycanın
mədəni həyatındakı yeri barədə
məlumat veriblər. Mədəniyyət paytaxtımızla
bağlı sənədli film nümayiş etdirilib.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.4.