Nizami Kino Mərkəzində
“Silahdaşlar” filmi nümayiş olunub
Nizami Kino Mərkəzindən bildirilib ki, 20 Yanvar – Ümumxalq Hüzün Günü ilə əlaqədar repertuarda müvafiq dəyişiklik edilib.
20 Yanvar şəhidlərinin xatirəsi “Silahdaşlar” filminin nümayişi ilə anılıb. “Salnaməfilm” studiyasının əməkdaşları tərəfindən lentə alınan sənədli film yanvarın 20-də iki seansda – saat 12:00 və 15:00-da təqdim edilib.
Filmin rejissoru
Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari
müəllifi Xalq artisti
Ramiz Fətəliyevdir. Filmin
müəllifləri kino işçilərinin
1990-cı ilin Qanlı Yanvar
hadisələri zamanı hansı şəraitdə işlədiklərini
göstərməyə çalışıblar. Ekran əsərində 20 Yanvar
faciəsindən əvvəl və sonra baş verən hadisələr öz
əksini tapıb.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.6.