İçərişəhərdə tarixi instalyasiya
1990-cı ilin bir evi...
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
hər il
20 yanvar tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif
layihələr gerçəkləşdirir,
bu faciəvi hadisələri və şəhidləri yad edir.
O qanlı gecədəki hadisələri, Azərbaycan
xalqının qəhrəmanlığını
bir daha xatırlatmaq üçün
bu dəfə İçərişəhərin Böyük Qala küçəsində, Qoşa
Qala qapısı yaxınlığında ötən
əsrin 90-cı illərinin
üslubunda dekorasiya edilmiş bir ev maketi qurulub.
Maketin interyerində
həmin dövrə
aid xırda elementlər,
televizor monitorunda 20 Yanvar hadisələrini
1990-cı ildə işıqlandıran
xəbərlər, verilişlər
və çıxışlardan
yığılmış videoçarx
təqdim edilib.
Paytaxt sakinləri
və qonaqlar yaradılmış instalyasiyaya
baxıblar.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.3.