Əsarətin son gecəsi
20 Yanvarın
ildönümü qeyd
edilib
Bölgələrdə fəaliyyət göstərən
mədəniyyət ocaqlarında
20 Yanvar faciəsinin
32-ci ildönümü münasibətilə
müxtəlif səpkili
tədbirlər təşkil
edilib.
Ağdaş Regional Mədəniyyət İdarəsi
(RMİ) Ağdaş rayon Mədəniyyət
Mərkəzində 20 Yanvar
faciəsinin 32-ci ildönümünə
həsr olunmuş ədəbi-bədii kompozisiya
nümayiş etdirilib. Mərkəzin əməkdaşları və
rayon məktəblilərinin ifasında şeirlər səsləndirilib. Ağdaş rayon Xalq teatrı tərəfindən “Şəhidlər
xiyabanında bir gün” adlı səhnəcik nümayiş
etdirilib.
Ağdaş RMİ-nin rəisi
Səxavət Məmmədov
çıxış edərək
20 Yanvar münasibətilə
Ağdaş, Göyçay,
Ucar və Zərdab rayonlarındakı
mədəniyyət müəssisələrində
silsilə tədbirlərin
keçirildiyini diqqətə
çatdırıb.
Regional idarənin tabeliyində
fəaliyyət göstərən
Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında
“20 Yanvar – Azərbaycan
kimliyinin dərki günü” başlığı
altında anım tədbiri təşkil olunub. Tədbirdən sonra Zərdab
rayon Şəhidlər xiyabanı
ziyarət edilib.
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində
“20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq salnaməsi”
mövzusunda tədbir
keçirilib. Masallı Xalq teatrının
kollektivi və Masallı Dövlət
Regional Kolleci tələbələrinin
iştirakı ilə
ədəbi-bədii kompozisiya
təqdim edilib. Masallı Xalq teatrında 20 Yanvara həsr olunmuş “Cəllad” adlı tamaşa da kollec tələbələri
ilə birgə hazırlanıb. Tamaşaya Cəmaləddin
Əliyev quruluş verib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
və Yeni Azərbaycan Partiyası
(YAP) Masallı rayon təşkilatının
birgə iştirakı
ilə “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri keçirilib. Masallı İncəsənət
məktəbində isə
“Qan yaddaşımız”
adlı ədəbi-bədii
proqram nümayiş olunub.
Cəlilabad şəhər Uşaq incəsənət məktəbində
“Zəfərə gedən
yol” adlı ədəbi-bədii proqram
təşkil olunub. Tədbirdə məktəbin müəllimi
Fərid Hacıyev həzin musiqilər ifa edib. Sonra şagirdlərin ifasında
faciə qurbanlarına
ithaf olunmuş bədii kompozisiya nümayiş etdirilib.
Xaçmaz RMİ Siyəzən rayon Heydər
Əliyev Mərkəzində
rayon Uşaq-gənclər inkişaf
mərkəzindəki təsviri
incəsənət dərnəyi
üzvlərinin rəsmlərindən
ibarət sərgi təşkil olunub. “20 Yanvar milli qürur
günümüzdür” adlı
sərgidə uşaq,
yeniyetmə və gənclərin əl işlərindən ibarət
rəsmlər yer alıb.
Şəki RMİ Zaqatala rayon Heydər
Əliyev Mərkəzində
gerçəkləşən “Unudulmayan qan yaddaşımız” adlı
tədbirdə çıxış
edənlər 20 Yanvar
hadisələrinin mahiyyəti,
onu doğuran səbəblər barədə
danışıb, faciənin
acı nəticələrini
konkret faktlarla diqqətə çatdırıblar.
Lənkəran RMİ Lənkəran şəhər
Mədəniyyət Mərkəzində
20 Yanvara həsr olunmuş ədəbi-bədii
kompozisiya təqdim olunub. Tədbirdə çıxış edən regional idarənin rəisi Şahin Şahbazov bildirib ki, 20 Yanvar faciəsini
nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, faciə xalqımızın
azadlıq uğrunda mübarizə əzmini sındırmadı və
bu gün bundan qürur hissi keçiririk.
Sonra bədii
qiraətçilər Aytac
Qurbanova və Həcər Həsənova
Məmməd Arazın
“Sən bu yurda söykənirsən”
və “Ayağa dur, Azərbaycan!” şeirlərini söyləyiblər.
Kürdəmir RMİ-nin əhatə
etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən
mədəniyyət müəssisələrinin
təşkilatçılığı ilə “Şəhidlər
ölməz, Vətən
bölünməz!”, “Biz sizə
borcluyuq, igid şəhidlər!”, “Azadlığa
gedən yol” adlı anım tədbirləri keçirilib
və sənədli filmlər nümayiş olunub.
Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət
Mərkəzində “Ağrılı
xatirələr” adlı
ədəbi-bədii gecə
təşkil edilib. Tədbirdə 20 Yanvar gecəsində baş verən hadisələri özündə
əks etdirən videoçarx nümayiş
olunub. Sonda məktəblilər şeirlər söylədilər.
İsmayıllı RMİ İsmayıllı rayon Heydər
Əliyev Mərkəzində
20 Yanvar faciəsinin ildönümünə həsr
olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqədə rayonun müxtəlif məktəblərindən 45-dən artıq şagird iştirak edib.
İdarənin tabe müəssisəsi olan Qobustan rayon Mədəniyyət Mərkəzində
“20 Yanvar – azadlığa
gedən yol” adlı tədbir keçirilib. Məktəblilərin ifasında Qara
Yanvara həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii
kompozisiya nümayiş
etdirilib.
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi
(GİKM) rayon nümayəndəliyinin birgə təşkilatçılığı
ilə “20 Yanvar - Zəfərə aparan yol” mövzusunda keçirilən tədbirdə
“Qanlı Yanvar” filmi nümayiş olunub.
Şirvan şəhər Mədəniyyət
Mərkəzinin təşkilatçılığı
ilə ssenarist, rejissor Elşən İsmayılın “20 Yanvar
– müstəqilliyimizin qanlı
miladı” adlı tamaşa səhnələşdirilib. Tamaşanın nümayişindən sonra
Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə kollektivə yaradıcı fəaliyyətlərində
uğurlar arzulayıb.
İdarənin tabeliyindəki Saatlı Dövlət Rəsm Qalereyasında təşkil
olunan “Müstəqilliyə
gedən yolun başlanğıcı” adlı
sərgidə rəssamlıq
dərnəyi üzvlərinin
əl işləri nümayiş olunub. Hacıqabul rayon mədəniyyət müəssisələrinin
birgə təşkilatçılığı
ilə şəhər
Folklor klubunda ədəbi-bədii kompozisiya
hazırlanıb.
Biləsuvar RMİ-nin əhatə etdiyi Salyan rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan
tarixinin şərəf
və qəhrəmanlıq
səhifəsi” adlı
anım tədbiri təşkil olunub. Tədbirdə Salyan şəhər 2 saylı tam orta məktəbin şagirdləri
şeirlər əsasında
kompozisiyalarla ilə çıxış ediblər.
Mərkəzin əməkdaşlarının Qanlı Yanvarla bağlı hazırladığı
videoçarx nümayiş
etdirilib.
Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində Milli Qəhrəman, şəhid general Polad Həşimovun adını
daşıyan şəhər
28 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri üçün
“20 Yanvar istiqlal tariximizin zirvəsidir” mövzusunda dərs keçilib. Faciə qurbanlarının muzeyin fondunda mühafizə olunan fotoşəkilləri, o qanlı
gecənin şahidi, sumqayıtlı rəssam Nizami Dadaşovun əsərlərindən ibarət
sərgi nümayiş
olunub. Uşaqlar “20 Yanvar – əsarətin
son gecəsi” adlı sənədli filmə də baxıblar.
Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər 20 Yanvar faciəsi haqqında kompozisiya göstərib, şeirlər söyləyiblər.
Bərdə RMİ Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib. Mərkəzin direktoru Aygün Qasımova 1990-cı ilin 20 yanvar gecəsi xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Sonra tədbir iştirakçıları faciəyə həsr olunmuş sərgiyə baxıblar.
Ağstafa RMİ Ağstafa şəhər H.Arif adına Uşaq musiqi məktəbində təşkil olunan “Azadlığa gedən yol” mövzusunda tədbirdə 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib. Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “20 Yanvar – Qanlı Yanvar” mövzusunda konfrans keçirilib. Məktəbin tədris hissə müdiri Sevda Məmmədova, müəllimlər Murad Məmmədov, Xanlar Həsənov mövzu ətrafında çıxış edərək dinc əhaliyə qarşı silah qaldıranların əməllərini pisləyiblər. Tovuz Dövlət Rəsm Qalereyasında isə dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı tarix” adlı rəsm sərgisi təşkil olunub.
Hazırladı: N.Məmmədli
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.4.