Tarix Muzeyində şəhid polkovnik Emil Nəzirova həsr olunan tədbir

 

Yanvarın 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Mühəndis aviasiya şöbəsinin rəisi, Birinci Qarabağİkinci Qarabağ müharibəsinin iştirakçısı, 2021-ci il noyabrın 30-da Xızı rayonu Qaraheybət poliqonunda baş vermiş helikopter qəzası zamanı həlak olmuş polkovnik Emil Nəzirova həsr edilən “Şəhadəti ilə əbədiyyət qazananlar” adlı tədbir keçirilib.

Muzeyin icraçı direktoru, dosent Fərhad Cabbarov polkovnik Emil Nəzirov haqqında məlumat verib, şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailə üzvlərinə öz təşəkkürünü bildiribtarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını qeyd edib.

Dosent Məhfuzə Zeynalova muzeyin Vətən müharibəsi fonduna daxil olan materiallardan bəhs edib. Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov slaydlar vasitəsilə şəhid polkovnik Emil Nəzirovun həyat yolundan danışıb.

Şəhidin qardaşı Abbas Nəzirov və qardaşı oğlu Rövşən Nəzirli polkovnik Emil Nəzirovla bağlı xatirələrini bölüşüblər.

Sonra şəhidə məxsus materiallar – geyimlər, sənədlər, fotolars. muzeyə təhvil verilib.

Tədbir iştirakçıları muzeydə təşkil edilən “Anadır arzulara hər zaman Qarabağ” sərgisi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2022.- 22 yanvar.- S.2.