Qarabağda erməni vandalizminə məruz
qalmış epiqrafik abidələr
Beynəlxalq konfransda məruzə
Şimali Makedoniyanın Ohrid şəhərindəki Müqəddəs Apostol Pavel Universiteti, Şimali Makedoniya Strateji Araşdırmalar Mərkəzi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Adnan Menderes Universiteti (Aydın, Türkiyə), Rusiya və ABŞ-ın müvafiq qurumlarının təşkilatçılığı ilə X Beynəlxalq “Ohrid-Vodiçi – 2022” Konfransı keçirilib.
Onlayn formatda gerçəkləşən konfrans mədəni irs, ətraf mühit, yaradıcı birliklər, turizm, davamlı yerli-regional inkişaf və s. mövzuları əhatə edib. Azərbaycan, Şimali Makedoniya, Türkiyə, Bolqarıstan, Rusiya, Serbiya, ABŞ, Braziliya, Yunanıstan və digər ölkələrdən alimlərin, tədqiqatçıların məruzələri dinlənilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, dosent Həbibə Əliyeva konfransda “Qarabağda erməni vandalizminin qurbanına çevrilmiş epiqrafik abidələr” mövzusunda məruzəsini təqdim edib.
İngilis dilində təqdim olunan məruzədə
Azərbaycan ərazilərinin işğal
altında olduğu müddətdə
xalqımızın tarixi-mədəni irsinin,
o cümlədən epiqrafik
abidələrin dağıdılmasından söz
açılır, bu barbar
münasibətin ümumilikdə dünya
irsinə qarşı yönələn təhdid olduğu vurğulanır.
Mədəniyyət.- 2022.- 26
yanvar.- S.6.