BDU-da Xalq artisti ilə görüş

 

Bakı Dövlət Universiteti (BDU) “ASAN KönüllüləriTəşkilatıMədəniyyət carçısıproqramının təşkilatçılığı iləMilli-mənəvi dəyərlərlayihəsi çərçivəsində görkəmli aktyor, Xalq artisti Nurəddin Mehdixanlı ilə tələbələrin görüşü keçirilib.

BDU-dan bildirilib ki, görüşdəSəhnə ustalığımövzusunda müzakirələr aparılıb, Azərbaycanda teatr sənətinin inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Xalq artisti ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib, Azərbaycanda teatr tarixindən, çağdaş teatrdan söhbət açıb.

Sonda Nurəddin Mehdixanlı tələbələrin suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2022.- 26 yanvar.- S.5.