Hilal Baydarovun filmi Londonda
“Xurmalar yetişəndə”
Azərbaycan rejissoru Hilal Baydarovun “Xurma yetişəndə” filmi yanvarın 29-da Londonda nümayiş olunacaq.
Rejissorun “Katex” trilogiyasına daxil olan sənədli ekran əsəri 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında və
“Nyon Visions du Reel” Film
Festivalında (İsveçrə) mükafatlara
layiq görülüb,
həmçinin 2020-ci ildə Misirin
İsmailiyyə şəhərində keçirilən 22-ci
Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər
Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında mükafat
qazanıb. Müəllifin bu silsilədən “Ana və oğul” filmi “İDFA-2019” (Niderland)
festivalında nümayiş
olunub.
Hilal Baydarov
1987-ci ildə Bakıda
doğulub. Orta məktəbdə oxuyarkən iki dəfə riyaziyyat üzrə respublika olimpiadasının qalibi olub. 2011-ci ildə
Beynəlxalq İnformatika
Olimpiadasında Azərbaycan
komandasına rəhbərlik
edib. Kompüter elmləri üzrə ali təhsil
aldıqdan sonra Bosniya və Herseqovinanın Sarayevo şəhərində Film Akademiyasında
oxuyub, məşhur macar rejissoru Bela Tarrın tələbəsi olub.
Rejissorun debüt filmi – “Adsız yüksəkliklər”
2018-ci ildə Monreal
Film Festivalında (Kanada)
iştirak edib.
Hilal Baydarov Avropanın üç ən nüfuzlu (Kann və Berlin festivalları ilə yanaşı) kinoforumundan olan Venesiya Film Festivalına dəvət almış ilk azərbaycanlı
rejissordur. Onun “Səpələnmiş ölümlər
arasında” (“İn
Between Dying”) bədii filmi 2020-ci ilin
sentyabrında 77-ci Venesiya
Film Festivalında nümayiş
olunub. Kinorejissorun “Durna çırağı”
filmi isə 2021-ci ilin noyabrında 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə
töhfəyə görə”
xüsusi mükafatına
layiq görülüb.
Mədəniyyət.- 2022.- 26
yanvar.- S.8.