“Böyük
qayıdış” kitabının təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimatı keçirilib.
Mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov diqqətə çatdırıb ki, kitab Vətən müharibəsində Zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindən bəhs edir. Qeyd edib ki, ölkə başçısının bu səfərlər zamanı hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır. Vurğulanıb ki, bu gün azad edilmiş torpaqlarda aktiv bərpa prosesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır.
Tədbirdə paytaxt rayonlarının icra hakimiyyətlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Qarabağ həqiqətləri, şanlı Qələbəmiz, Prezident İlham Əliyevin siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.
AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qazi Famil Məlikov və digər çıxış edənlər kitabın əhəmiyyətindən söz açıblar. Nəşrin işğaldan azad edilən ərazilərdəki bərpa işləri, yeni infrastrukturun yaradılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı proseslərinin öyrənilməsində mühüm rol oynayacağı vurğulanıb.
Mədəniyyət.- 2022.- 28
yanvar.- S.7.