İki əsər – iki zirvə

 

Qara QarayevinYeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin yubiley tədbiri

 

 

 

Yanvarın 25-də Qara Qarayevin Ev-Muzeyində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkarın “Yeddi gözəl” baletinin 70, “İldırımlı yollarlabaletinin 65 illik yubileylərinə həsr olunan tədbir keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq bildirdi ki, bu il dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev yaradıcılığının zirvəsi olanYeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin yubiley ildönümüdür: “Dahi bəstəkarın adıçəkilən və digər əsərlərinə görə fəxarət hissi ilə deyə bilirik ki, Qara Qarayev Azərbaycan mədəniyyətinə dünya şöhrəti gətirən musiqi xadimlərimizdən biridir”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Qara Qarayevin bənzərsiz yaradıcılığının zirvəsi olan hər iki baletdən söz açdı. Diqqətə çatdırdı ki, böyük bəstəkarın dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı eyniadlı baletin ilk tamaşası 1952-ci ildə Bakıda OperaBalet Teatrının səhnəsində gerçəkləşib: “Əsər cazibədar melodiyaları ilə diqqət çəkdi, musiqisinin koloriti, rəngarəngliyi müəllifə parlaq nailiyyət qazandırdı. Balet o dövrdə, demək olar ki, keçmiş SSRİ-nin və dünyanın bir çox teatr səhnəsində tamaşaya qoyuldu. Qarşıdan isə “İldırımlı yollarlabaletinin nəfəsi duyulurdu. Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı bu baletə qədər Qara Qarayevin həyat və yaradıcılığında zirvələrə qanadlanan müxtəlif yeniliklər baş verirdi. Onun yorulmadan bəstələdiyi süitalar, simfonik orkestr üçün xoreoqrafik lövhələr, kinofilmlər, eləcə də tamaşalar üçün işlədiyi musiqilər və mahnılar ayrı-ayrılıqda bir sənət zirvəsi idi...”.

 

Tədbirdə daha sonra musiqişünas Raya Abbasova, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Cəmilə Kərimova və başqaları çıxış edərək Qara Qarayev baletlərinin yaranması və tamaşaya qoyulmasından, qazandığı səhnə uğurlarından söz açdılar. Bildirildi ki, bəstəkar “İldırımlı yollarlabaleti ilə Azərbaycanın mədəniyyət tarixinin yeni, parlaq bir səhifəsini yazıb.

 

Çıxışlardan sonra baletlərin müxtəlif illərdəki tamaşalarından fotolar, Rusiya, İsveç, Türkiyə və başqa ölkələrin teatrlarındakı nümayişlərindən rəngarəng səhnə dekorasiyalarının videonümayişi təqdim edildi. Həmçinin Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilmiş “Balet, ömrüm mənim” (görkəmli balet ustaları – Xalq artistləri Rəfiqə AxundovaMaqsud Məmmədov haqqında) sənədli filmi nümayiş olundu.

 

Tədbirdə həmçinin Azərbaycanın və Rusiyanın Əməkdar artisti Vitali Axundov və məşhur balet tənqidçisi Aleksandr Maksovun Qara Qarayevin yaradıcılığı ilə bağlı videoçıxışları təqdim edildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 28 yanvar.- S.5.