Müasir audiovizual baxışmükafatı təqdim edilib

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə bazar günləriAvto FM”də (107.7) yayımlananAzerNyuMediaşirkətinin “Cinema Radio” kanalınınMüasir audiovizual baxışmükafatının sayca üçüncü təqdimatı keçirilib.

Yanvarın 26-da “Cinema Plus” kinoteatrlar şəbəkəsininGənclik Mall”da yerləşən kinoteatrındaAzman Holdinq”in dəstəyi ilə təşkil edilən tədbirin aparıcısı, aktyor Emin Nəsirli “Cinema Radio” kanalı mükafat haqqında məlumat verib.

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” şirkətinin rəhbəri Cavid Nemətzadə, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kanalının formatı layihənin əhəmiyyətindən danışıblar.

Sonra layihənin rəhbəri, “AzerNyuMediaşirkətinin icraçı direktoru Kamran Qasımov kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Mərasimdə Əməkdar artist Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.

 

Mədəniyyət.- 2022.- 28 yanvar.- S.3.