Muzey əşyalarının bərpası

 

Elmi bərpa şurasının toplantısı keçirilib

 

 

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Elmi bərpa şurasının növbəti toplantısı keçirilib. Mərkəzin direktoru Zərifə Məlikovanın iştirakı ilə gerçəkləşən iclasda Qrafika və tətbiqi incəsənət şöbəsinin işi müzakirə edilib.

Toplantıda Abdulla Şaiqin Mənzil-Muzeyi və Səməd Vurğunun Ev-Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpa zamanı görülən işlərin nəticələrinə baxış keçirilib.

Sonra Azərbaycan Milli İncəsənət Muzeyindən bərpa məqsədilə Elmi Bərpa Mərkəzinə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

 

Mədəniyyət.- 2022.- 28 yanvar.- S.3.