Vətən müharibəsi
şəhidlərinin şəxsi arxiv
fondları yaradılır
“Milli arxiv fondu haqqında” qanuna uyğun olaraq, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi məqsədilə müvafiq tədbirlər görülür.
Milli Arxiv İdarəsindən bildirilib ki, bu istiqamətdə görülən işlər
çərçivəsində Vətən müharibəsi
şəhidlərindən Rəşad
Ələkbərov (Laçın istiqamətində döyüşlərdə
həlak olub), Oruc
Əliyev (Murov döyüşlərində
şəhid olub), Nemət Məmmədov
(Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub) və Murad İbrahimovun (Kəlbəcər istiqamətində
döyüşlərdə həlak olub)
şəxsi sənədlərinin və fotoalbomlarının
surətləri Dövlət Arxivinin Gəncə
filialına təqdim edilib.
Mədəniyyət.- 2022.- 7
yanvar.- S.6.