“Xəmsə”nin özbək dilinə tərcüməçisi
təltif olunub
Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcümə etmiş Özbəkistanın Xalq şairi Camal Kamal Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib. “Xəmsə”nin özbək dilinə tərcüməsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə gerçəkləşib.
AMM-in direktoru Samir
Abbasov şairi evində ziyarət edib. O, Camal Kamalın
dahi Nizami Gəncəvi irsinin təbliğinə töhfəsinin
ölkəmizdə yüksək
qiymətləndirildiyini bildirib
və Azərbaycanın
mədəniyyət naziri
Anar Kərimovun müvafiq əmrinə əsasən, şairin xatirə nişanı ilə təltif edildiyini diqqətə çatdırıb.
Samir Abbasov ilin yekunları ilə bağlı Özbəkistanda keçirilmiş
müsabiqənin qalib
diplomunu da Camal Kamala təqdim edib. Camal Kamalın tərcümə etdiyi “Xəmsə” Özbəkistanda
AMM-in hər ilin yekunları ilə bağlı keçirdiyi
“İlin ən gözəl tərcümə
əsəri” və “İlin ən yaxşı ədəbiyyat
layihəsi” nominasiyaları
üzrə xüsusi diplom və pul mükafatına layiq görülüb.
Qeyd edək ki, Nizaminin
özbək dilinə
tərcümə olunmuş
“Xəmsə”sinin Özbəkistanda,
eləcə də ötən ilin 25 noyabrında Bakıda, Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində
geniş təqdimat mərasimi keçirilib.
Mədəniyyət.- 2022.- 7
yanvar.- S.8.