Dubay Ekspo”dakı Azərbaycan pavilyonunda təqdimatlar davam edir

      

 

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya sərgisində (“Ekspo Dubay – 2020”) ölkəmiz təmsil olunur. Sərgi kompleksindəki Azərbaycan pavilyonunda müxtəlif təqdimatlar, konsert proqramları təşkil edilir. DekabrınEkspo Dubay – 2020”-nin Dubay Millenium amfiteatrında Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı iləAzərbaycan ritmləri rəqsləriadlı möhtəşəm konsert proqramı təqdim olunmuşdu.

Azərbaycan pavilyonunda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı iləOdlar Yurdundan musiqiadlı konsert keçirilib. Konsertdə tanınmış ifaçılar – Ceyla Seyidova (skripka), Nərgiz Əliyeva (piano) və Sahib Paşazadə (tar) dünya və Azərbaycan klassikmilli musiqilərini təqdim ediblər. Pavilyonumuzun ziyarətçiləri pianoda Nizami Əliyev və Raci Hüseynovun ifasını da dinləyiblər. Konsert proqramı böyük maraqla və alqışlarla qarşılanıb.

Dubay Ekspo – 2020” sərgisindəki Azərbaycan pavilyonunda daha bir təqdimat – “Dance Ability Azerbaijaninklüziv performans şirkətinin “Bədənimin danışacaq hekayəsi var” adlı rəqs tamaşası nümayiş etdirilib. Əlilliyi olan şəxslərin iştirak etdiyi tamaşa Heydər Əliyev FondununBMT-nin Uşaq FonduUNİCEF-in dəstəyi ilə reallaşıb.

Heydər Əliyev Fondu ilə UNİCEF arasında ötən ilin dekabrında anlaşma memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupununDubay Ekspoda konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, “Dubay Ekspo – 2020” ötən il oktyabrın 1-dən fəaliyyətə başlayıb. 2020-ci ildə açılması nəzərdə tutulan, lakin pandemiya səbəbindən ertələnən sərgidə 190 ölkə təmsil olunur. Sərgi 2022-ci il martın 31-nə qədər davam edəcək.

Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. Ağaconun budaqları formasında qurulan üçmərtəbəli pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda müxtəlif mədəni proqramlarla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir, eləcə də ölkəmizdəki iqtisadisosial sahələrdə davamlı inkişafinnovasiyalar, 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri haqqında məlumat verilir. Sərgidə ölkəmizin aparıcı muzeylərinin fondlarından eksponatlar (musiqi alətləri, xalçalars.) nümayiş olunur.

 

Mədəniyyət.- 2022.- 7 yanvar.- S.8.