“O olmasın, bu olsun”

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş tamaşa Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

Yanvarın 21-də göstəriləcək tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.

 

Mədəniyyət.- 2022.- 14 yanvar.- S.5.