“Şuşa İli” ilə bağlı görüləcək
işlər müzakirə olunub
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şuşa İli”ndə görəcəyi işlər, nəzərdə tutulan layihə və tədbirlər institutun Elmi şurasının yanvarın 12-də keçirilən yığıncağında müzakirə edilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Teymur Kərimli bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan Respublikası Prezidentinin mədəniyyət siyasətinin uğurlu davamıdır.
Qeyd edib
ki, Əlyazmalar İnstitutunda
sərəncamdan irəli gələn elmi
tədqiqat və nəşriyyat işlərinin, elmi-kütləvi
və mədəni tədbirlərin planı hazırlanıb.
Plana əsasən,
bu il “Qarabağ
şairləri antologiyası”nın I cildinin,
“F.Köçərli arxivinin təsviri”nin,
“Üzeyir Hacıbəylinin
publisistikasında dövrün ictimai-siyasi məsələləri (1905-1920)”
monoqrafiyasının, “Şuşanamə” poetik
əsərlər toplusunun, Məhəmməd
ağa Müctəhidzadənin Qarabağ şairləri haqqında “Riyazül-aşiqin” təzkirəsi
və Qarabağın tarixi ilə
bağlı “Səfərnamə”sinin nəşrinin,
“Qarabağın ədəbi-mədəni mühiti
əlyazmalarda” mövzusunda elektron və səyyar sərginin, eləcə
də institut əməkdaşlarının
mövzu ilə əlaqədar nəşrlərindən
ibarət ənənəvi kitab sərgisinin
təşkili nəzərdə tutulur.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.3.