“İnanclardan qaynaqlanan ornamentlər”
Xalça Muzeyində mühazirə
Yanvarın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İnanclardan qaynaqlanan ornamentlər” adlı mühazirə keçiriləcək.
Muzeydən bildirilib ki, mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, muzeyin eksperti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın inanc sistemindən söhbət açacaq. O, həmçinin din və inancların naxış yaradıcılığına təsirindən ətraflı bəhs edəcək.
Pandemiya ilə əlaqədar yerlər məhduddur.
Mühazirədə iştirak üçün öncədən
qeydiyyatdan keçmək vacibdir.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.6.