Vətənim Azərbaycan

 

Regional idarənin yeni layihəsi

 

 

 

Bərdə RMİ Tərtər rayon Heydər Əliyev MərkəziVətənim Azərbaycanadlı layihəyə başlayıb. Layihənin məqsədi ölkəmizi ayrı-ayrı bölgələri ilə birlikdə daha yaxından tanımaq tanıtmaqdır.

Layihə çərçivəsində keçirilən ilk tədbirdə mədəniyyət təhsil işçiləri iştirak edib. Mərkəzin direktoru Səlimə Yusibova çıxış edərək Azərbaycanın tarixi keçmişi barədə danışıb. Mərkəzin əməkdaşı Fəridə SüleymanovanınVətənim Azərbaycanmövzusunda məruzəsi dinlənilib.

Daha sonra Nəcmiyyə Zeynalzadə Süleyman RüstəminAzərbaycana gəlsin”, Jalə Əlizadə isə Məhəmmədhüseyn ŞəhriyarınAzərbaycanşeirlərini söyləyiblər.

Layihə çərçivəsində ayda iki dəfə tədbirlərin təşkil olunması nəzərdə tutulub. Hər tədbir Azərbaycanın bir bölgəsinə həsr olunacaq.

 

Mədəniyyət.- 2022.- 14 yanvar.- S.4.